Modern.az

Rusiya kanalının yayımı Ermənistanda niyə dayandırılıb? - AÇIQLAMA

Rusiya kanalının yayımı Ermənistanda niyə dayandırılıb? - AÇIQLAMA

Dünya

29 May 2024, 15:52

Rusiyanın "Birinci Kanal"ının Ermənistanda yayımının dayandırılması sırf iqtisadi məsələdir.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Televiziya və Radio Komissiyasının rəhbəri Tiqran Hakobyan deyib.

 

“Ermənistan Teleradio Yayımları Şəbəkəsinin "Birinci Kanal"la müqaviləsi var, ona əsasən, kanal aylıq yayım xərclərini ödəməyə borcludur. Bu da kifayət qədər kiçik məbləğdir - kanallar ayda təxminən 3000 dollar ödəyir".

 

Qeyd edək ki, Rusiyanın "Birinci Kanal"ının Ermənistanda yayımı dayandırılıb.

Bu xəbər ilə bağlı
Ermənistanda Rusiyanın "Birinci Kanal"ının yayımı DAYANDIRILDI
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama