Modern.az

Papikyan Avropa İttifaqının Hərbi Komitəsinin sədri ilə görüşdü

Papikyan Avropa İttifaqının Hərbi Komitəsinin sədri ilə görüşdü

Dünya

29 May 2024, 16:08

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa İttifaqının Hərbi Komitəsinin sədri general Robert Briqqerlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

İrəvanla Aİ arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı razılıq əldə olunub.

 

Bildirilib ki, regional təhlükəsizlik və onun təminatları məsələsi də görüş zamanı gündəmdə olub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama