Modern.az

Şimali Koreya 10-a yaxın ballistik raket buraxdı

Şimali Koreya 10-a yaxın ballistik raket buraxdı

Dünya

30 May 2024, 08:54

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

 

Məlumata görə, təxminən yerli vaxtla saat 06:14-də (Bakı vaxtı ilə 01:14) 10-dək yaxınmənzilli raket buraxılıb.

 

Uçuş məsafəsi haqqında məlumat verilmir.

 

Agentlik daha əvvəl bir ballistik raketin buraxıldığını bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama