Modern.az

Avropa İttifaqına kiberhücumların sayı 2 dəfə artıb - Rusiya hakerləri...

Avropa İttifaqına kiberhücumların sayı 2 dəfə artıb - Rusiya hakerləri...

Dünya

30 May 2024, 10:52

Son aylarda Avropa İttifaqına kiberhücumların sayı 2 dəfə artıb.

 

Modern.az xəbər verir ki, bu məlumatı AP-yə müsahibəsində Avropa Kibertəhlükəsizlik Agentliyinin (ENISA) rəhbəri Yohan Lepassaar verib.

 

O, bir çox hücumların arxasında Rusiya ilə əlaqəli hakerlərin ola biləcəyini təxmin edir. ENISA-nın 2023-cü il üzrə illik hesabatında "xərac" ödənilənə qədər kompüter məzmununa girişi bloklayan zərərli proqramlardan istifadə edən haker hücumlarının, habelə dövlət qurumlarına qarşı hücumların artdığını qeyd edilib.

 

Lepassaarın sözlərinə görə, bu hücumların heç də hamısı uğurlu olmayıb. Üstəlik, onların bir çoxu əvvəlcə Ukraynada sınaqdan keçirilib və yalnız sonra Aİ ölkələrinə ötürülüb:

 

“Bu, onların fiziki olaraq Ukraynada, həm də bütün Avropada rəqəmsal olaraq apardıqları təcavüz müharibəsinin bir hissəsidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama