Modern.az

İYİ Partiyada Müsavat Dervişoğlu KOMANDASI

İYİ Partiyada Müsavat Dervişoğlu KOMANDASI

Dünya

30 May 2024, 11:11

Türkiyədə sonuncu bələdiyyə seçkilərindəki məğlubiyyətdən sonra aprel ayında keçirilmiş növbədənkənar qurultayda İYİ Partiyanın sədri seçilmiş Müsavat Dervişoğlu rəhbərlikdə bir sıra kadr dəyişiklikləri həyata keçirib.

 

Modern.az xəbər verir ki, yeni komandanın bəzi nümayəndələrinin kimliyi ilə bağlı məlumat partiyanın rəsmi X səhifəsində paylaşılıb.

 

Belə ki, partiyanın parlament fraksiyasının sabiq sədr müavini Erhan Usta iqtisadi siyasət şöbəsinin rəhbəri təyin olunub. İYİ Partiya Mərkəzi İdarə Heyətinin keçmiş üzvü Ali Demir isə sədrin baş müşaviri vəzifəsinə gətirilib.

 

Hazırda Mərkəzi İdarə Heyətinin üzvü olan Mehmet Aslan da Müsavat Dervişoğlunun baş müşavirlərindən biri olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama