Modern.az

Rusiya ilə razılığa gəlmişik - Paşinyan

Rusiya ilə razılığa gəlmişik - Paşinyan

Dünya

30 May 2024, 11:54

Ermənistanın şimalında daşqınlar nəticəsində zədələnmiş dəmir yolunun bərpası ilə bağlı Rusiya ilə razılıq əldə olunub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb.

 

Dünən Moskvada Ermənistan baş nazirin müavini Mher Qriqoryan və “Rusiya Dəmir Yolları” şirkətinin rəhbərləri daşqından zərər çəkmiş ərazilərdə dəmir yolunun iş rejimi barədə razılığa gəliblər.

 

Bundan əvvəl Ermənistan və Gürcüstanı birləşdirən dəmir yolunun 2.5 km-nin zədələndiyi, lakin artıq yüklərin daşınması üçün müvəqqəti həll yolu olduğu bildirilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama