Modern.az

Makron və Şolts Ukrayna məsələsində həmfikirdirlər

Makron və Şolts Ukrayna məsələsində həmfikirdirlər

Dünya

30 May 2024, 14:48

Fransa prezidenti Emmanuel Makron Almaniyaya üç günlük dövlət səfəri zamanı Ukraynadakı hərbi əməliyyatlarla bağlı daha bir “qırmızı xətti” silib.

 

Modern.az "Novaya Gazeta"ya istinadən xəbər verir ki, o, ukraynalıların Rusiyadakı “hərbi hədəflərə” zərbə endirmək üçün Qərb silahlarından istifadə etmək hüququ olduğunu bildirib.

 

Birgə mətbuat konfransı zamanı Almaniya kansleri Olaf Şolts həmkarını dəstəkləyərək deyib: “Ukraynanın beynəlxalq hüquqa uyğun olaraq bunu etmək üçün hər cür imkanı var”.

 

Qeyd olunub ki, bəzi NATO ölkələrinin (hazırda Böyük Britaniya və Fransa) hərbi təlimatçılarının Ukraynada olması hələ rəsmi olaraq elan edilməyib, lakin praktiki olaraq razılaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama