Modern.az

NATO-nun şərq cinahında lazım olan HHM vasitələrinin 5 faizi var

NATO-nun şərq cinahında lazım olan HHM vasitələrinin 5 faizi var

Dünya

30 May 2024, 16:21

NATO-nun şərq cinahını qorumaq üçün lazım olan hava hücumundan müdafiə vasitələrinin cəmi 5%-i var.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

 

Nəşr yüksək rütbəli diplomatlara istinadən yazır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi hava hücumundan müdafiənin vacibliyini önə çəkib.

 

“Raketlərdən və hava hücumlarından müdafiə qabiliyyəti Şərqi Avropanı işğaldan qorumaq planının əsas hissəsidir”, - deyə mənbə qeyd edib.

 

Bildirilib ki, Alyans liderlərinin iyulda Vaşinqtonda keçiriləcək sammitində əsas mövzulardan biri Avropanın müdafiəsini gücləndirmək olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama