Modern.az

Sərhədlərin delimitasiyası regional sabitlik üçün vacibdir

Sərhədlərin delimitasiyası regional sabitlik üçün vacibdir

Dünya

30 May 2024, 17:16

"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacibdir".

 

Modern.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.


“Biz Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə praktiki mərhələnin başlanmasını izləyirik - bu, regional sabitlik üçün vacibdir. Biz bütün delimitasiya məsələlərinin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllinin tərəfdarıyıq, ondan çıxış edirik ki, sazişlər davamlı, balanslaşdırılmış, qarşılıqlı məqbul olmalıdır və regionda davamlı sülhə nail olmaq üçün əsas olmalıdır”, - deyə sözçü qeyd edib.


Zaxarova Rusiyanın üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama