Modern.az

Ermənistandakı siyasi proseslər onların daxili işidir - Zaxarova

Ermənistandakı siyasi proseslər onların daxili işidir - Zaxarova

Dünya

30 May 2024, 17:27

"Biz Ermənistandakı siyasi prosesləri bu ölkənin daxili işi hesab edirik".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə İrəvandakı etiraz aksiyalarını şərh edərkən bildirib.

 

“İrəvan və regionlardakı etirazçılara gəlincə, mühakimə edə bildiyimiz qədər, etirazçıların narazılığı, digər amillərlə yanaşı, onların fikrincə, bəzi anklav kəndlərinin sərhədlərinin müəyyənləşdirilməsinin tam ədalətli olmaması ilə bağlıdır", - Zaxarova belə deyib.

 

Qeyd edək ki, Ermənistandakı etirazların təşkilatçılarının Rusiya ilə əlaqələri barədə rəylər var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama