Modern.az

Əfsanəvi qrupun gitarası 1.5 milyona satıldı 

Əfsanəvi qrupun gitarası 1.5 milyona satıldı 

Dünya

31 May 2024, 07:57

Britaniyanın məşhur rok qurupu “The Beatles”ın ("Bitlz") üzvü Con Lennonun istifadə etdiyi gitara hərracda 1.5 milyon funt sterlinqə satılıb.

 

Modern.az xəbər verir ki, bu gitaranın "Beatles" tarixində hərracda ən baha qiymətə satılan musiqi aləti olduğu güman edilir. 50 ildən çoxdur ki, işlədilməyən gitara Britaniyanın kəndlərindən birində yaşayan cütlük tərəfindən evin çardağında tapılıb.

 

Gitara məşhur qurupun 1965-ci il albomu və “Help!”adlı filminin çəkilişində istifadə olunub.

 

Hərracdan əvvəl gitaranın 485 - 647 min funt sterlinq arasında alıcı tapacağı ehtimal edilirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama