Modern.az

Çin Ukrayna Sülh Konfransında iştirakdan imtina edib

Çin Ukrayna Sülh Konfransında iştirakdan imtina edib

Dünya

31 May 2024, 09:44

Çin İsveçrədəki Ukrayna Sülh Konfransına getməyəcək, çünki onun iştirakla bağlı bəzi şərtləri yerinə yetirilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Çin hakimiyyəti iyunda İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirak etməyəcəklərini təsdiqləyib. "Reuters" 4 mənbəyə istinadən yazıb ki, Pekin tədbirdə iştirak etmək şərtlərinə əməl edilmədiyi üçün dəvəti rədd edib. Hansı şərtlərin müzakirə olunduğu açıqlanmır.

 

Sammit 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində baş tutacaq. 160 ölkədən və beynəlxalq birliklərdən nümayəndə heyətləri dəvət olunub. Rusiya nümayəndə heyəti dəvət olunmayıb.

 

Ukrayna tədbirə ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpini dəvət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama