Modern.az

Avstraliya Ukraynaya 20 milyon dollar verir - Kömür əvəzinə

Avstraliya Ukraynaya 20 milyon dollar verir - Kömür əvəzinə

Dünya

31 May 2024, 11:43

Avstraliya Ukraynanın enerji sistemini gücləndirmək üçün Kiyevin əvvəllər xahiş etdiyi kömür əvəzinə Ukraynaya 20 milyon dollar köçürəcək.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu vəsait Avropa Komissiyası və Ukrayna tərəfindən idarə olunan “Ukrayna Enerji Dəstəyi Fondu”na köçürüləcək.

 

Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib ki, birbaşa kömürdən daha çox vəsait göndərmək daha ucuz, asan və kömürün dəyərinə bərabər olacaq.

 

Bundan əlavə, onun sözlərinə görə, Ukrayna bu vəsaitləri hara göndərəcəyini özü müəyyən edə biləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama