Modern.az

Gürcüstanda ÜDM və iqtisadi artım GÖSTƏRİCİLƏRİ

Gürcüstanda ÜDM və iqtisadi artım GÖSTƏRİCİLƏRİ

Dünya

31 May 2024, 12:24

Bu ilin aprel ayında Gürcüstanda iqtisadi artım ikirəqəmli olub.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Milli Statistika Xidməti (Sakstat) açıqlayıb.

 

Belə ki, iqtisadi artım 11,8% təşkil edib. İlin əvvəlindən 4 ayın yekunlarına əsasən, ÜDM artımı 9% olub.

 

ƏDV ödəyicisi müəssisələrin dövriyyəsi əvvəlki illə müqayisədə 19% çox olmaqla 12,8 milyard lari təşkil edib.

 

İstehsal sənayesi, tikinti, informasiya və rabitə, malların daşınması və saxlanması, ticarət sahələrində inkişaf qeydə alınıb. Enerji sektorunda isə azalma baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama