Modern.az

Ermənistanda kilsə əmlakı vergiyə cəlb olunacaq - Qanun layihəsi

Ermənistanda kilsə əmlakı vergiyə cəlb olunacaq - Qanun layihəsi

Dünya

31 May 2024, 12:32

Ermənistanda hakim Mülki Müqavilə Partiyasının deputatları kilsə əmlakının vergiyə cəlb edilməsi haqqında qanun layihəsi hazırlayır.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu iqtidarı təmsil edən deputat Tsovinar Vardanyan parlamentdə deyib.

 

"Hələ hazır sənədlər yoxdur, lakin bu istiqamətdə iş artıq aparılır", - o bildirib.

 

"Kilsə vergilərə tabedir, ancaq təhlükənin nə olduğunu anlamaq lazımdır", - deputat söyləyib.

 

Qeyd olunub ki, kilsə işçiləri gəlir vergisi ödəyə bilər və bu, yaxşıdır, amma deputatlar indi kilsənin idarə etdiyi minlərlə əmlakı - pərakəndə, ictimai, sənaye sahələri, yaşayış binalarını araşdırırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama