Modern.az

Daha bir deputat İSTEFA VERDİ

Daha bir deputat İSTEFA VERDİ

Dünya

31 May 2024, 13:26

Türkiyədə İYİ Partiyanın daha bir millət vəkili istefa verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Antalyanı təmsil edən deputat Aykut Kayadır.

 

Kaya istefasını X paylaşımı ilə ictimailəşdirib: "Böyük bir həyəcan və ümidlə daxil olduğum İYİ Partiyada millətimizə və ölkəmizə xidmət etmək şərtlərinin ortadan qalxdığını üzülərək görməkdəyəm. Bu səbəblə İYİ Partiya üzvlüyündən istefa vermək qərarı aldım".

 

2023-cü ilin parlament seçkilərində 43 mandat qazanan İYİ Partiyanın bu istefa ilə deputatlarının sayı 37-yə düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama