Modern.az

Türk jurnalistin Paşinyan haqda dedikləri İrəvanda rezonans yaratdı

Türk jurnalistin Paşinyan haqda dedikləri İrəvanda rezonans yaratdı

Dünya

31 May 2024, 14:07

“Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə xüsusi təyinatlıları tərəfindən qorunmalıdır”.


Modern.az xəbər verir ki, bunu “İndependent Türkçe” qəzetinin baş redaktoru, tanınmış jurnalist Nevzat Çiçek sosial şəbəkədə yazıb.

Ermənistanda keçirilən etiraz aksiyalarının kütləviliyini nəzərə alan türk jurnalist bu hadisələr fonunda baş nazir Paşinyanın həyatına sui-qəsd cəhdini istisna etməyib.

“Dürüst olacağam. Ermənistanın liderini (Paşinyan) xüsusi təyinatlılar - Türkiyə silahlı qüvvələrinin elit birliyi müdafiə etməlidir”, - deyə Nevzat Çiçek vurğulayıb.

Türkiyəli jurnalistin bu açıqlaması İrəvanda geniş əks-səda doğurub. İndi Paşinyanın əleyhdarları Nevzat Çiçekin sözlərini əllərində bayraq edir, baş naziri gözdən salmaq üçün onun Türkiyə və Azərbaycana işlədiyini söyləyirlər.

Nikol Paşinyan bundan əvvəl də əleyhdarları tərəfinfən dəfələrlə "türk agenti", "vətən xaini" adlandırılıb.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama