Modern.az

75 ukraynalı Rusiya əsirliyindən azad edilib

75 ukraynalı Rusiya əsirliyindən azad edilib

Dünya

31 May 2024, 14:50

Ukrayna Rusiya əsirliyindən 75 vətəndaşını geri qaytarıb.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, o cümlədən, ukraynalı müdafiəçilər, Milli Qvardiyanın üzvləri və sərhədçilər vətənə qayıdıblar.

 

Geri qayıdanlardan dördü mülki şəxsdir.

 

“Bütün bu müddət ərzində biz Rusiya əsirliyindən evə qaytarmaq üçün bir gün belə işimizdən əl çəkməmişik və bu gün bizim daha 75 insanımız Ukraynaya qayıtmışdır Hər birini tapmaq üçün hər cür səy göstəririk”, - prezident Volodimir Zelenski ukraynalıların geri qayıtmasını şərh edib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama