Modern.az

Ermənistan XİN-in qarşısında toqquşma - Polislər yaralandı (VİDEO)

Ermənistan XİN-in qarşısında toqquşma - Polislər yaralandı (VİDEO)

Dünya

31 May 2024, 16:29

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası qarşısında baş verən toqquşma zamanı 26 etirazçı saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

 

Etirazçılarla toqquşmada 3 polis əməkdaşı yaralanıb.

***

15:20

Ermənistan Xarici İşlər Nazirliyinin inzibati binası qarşısında polislə etirazçılar arasında qarşıdurma yaranıb.
 

Modern.az-ın məlumatına görə, binanın qarşısına əlavə polis qüvvələri cəlb olunub.

 

Etiraza rəhbərlik edən keşiş Baqrat Qalstanyan xarici işlər naziri Ararat Mirzoyandan görüş tələb edib, əks təqdirdə, özlərinin birbaşa nazirin otağına getməyə hazır olduqlarını bəyan edib.

 

Erməni teleqram kanallarının məlumatına görə, Qalstanyan tərəfdarlarına Xarici İşlər Nazirliyinin binasına hücum etmək göstərişi verib.

 

Hadisə yerində olan jurnalistlərin sözlərinə görə, etirazçılar arasında aqressiv əhval-ruhiyyəli təxribatçılar var.

 

Ermənistan polisi etirazçılara binanın xüsusi mühafizə olunan obyekt olduğuna dair xəbərdarlıq edib. Bildirilib ki, etirazçılar aksiyalarını dayandırmasalar, xüsusi vasitələrdən istifadə olunacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama