Modern.az

Tolstoydan Qazaxıstan əleyhinə fikirlər: "Almatı rus kazak qalasıdır"

Tolstoydan Qazaxıstan əleyhinə fikirlər:

Dünya

31 May 2024, 16:22

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Qazaxıstanla bağlı əcaib fikirlər səsləndirib.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, o, Qazaxıstanın müstəqilliyi ilə bağlı qəbuledilməz ifadələr işlədib.

 

Tolstoyun fikrincə, Qazaxıstanda “müstəqillik haqqında milli mifologiya” çiçəklənir və “müəyyən bir qazax dövlətinin yenidən qurulması davam edir”. O, Qazaxıstanın Almatı şəhərini “rus kazak qalası” adlandırıb.

 

Qazaxıstan hakimiyyəti Tolstoyu "sözləri Rusiyanın özünə zərərli olan təxribatçı" adlandırıb. Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev belə deyib:

 

“Dramatizasiyaya ehtiyac yoxdur, onun sözləri Rusiyanın rəsmi mövqeyini əks etdirmir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama