Modern.az

Ermənistanda Rusiyanın "Birinci Kanal"ının yayımı bərpa edilib

Ermənistanda Rusiyanın

Dünya

31 May 2024, 17:03

Ermənistanda Rusiyanın "Birinci Kanal"ının yayımı bərpa edilib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin yüksək texnologiyalar və sənaye naziri Mxitar Hayrapetyan bildirib.

 

"Ölkədə Birinci Kanalın yayımı əvvəllər borca ​​görə dayandırılmışdı - onun multipleksə çıxışını təmin edən Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsinə 2,5 milyon dram (təxminən 6 min avro) borcu yığılmışdı. Borc ödənilib", - deyə o qeyd edib.

 

Bundan əvvəl Ermənistan rəsmiləri Rusiya federal mediasını ölkədə hibrid müharibəyə başlamaqda ittiham etmişdilər və "Birinci Kanal"da ölkənin baş naziri Nikol Paşinyanla bağlı qalmaqallı süjet yayımlandıqdan sonra Rusiyanın İrəvandakı səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama