Modern.az

İsveç Ukraynaya 7 mlrd. avro yardım ayıracaq

İsveç Ukraynaya 7 mlrd. avro yardım ayıracaq

Dünya

31 May 2024, 16:36

İsveç və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, sazişə əsasən, 2024-2026-cı illər ərzində İsveç Ukraynaya 75 milyard İsveç kronu (təqribən 7 milyon avro) dəyərində hərbi yardım göstərəcək.

 

Qeyd olunub ki, sənədin qüvvədə olduğu on il ərzində yardımın məbləği artacaq.

 

Hərbi yardıma həmçinin, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, zirehli texnika, artilleriya, dəniz təhlükəsizliyinin gücləndirilməsi və ərazilərin minalardan təmizlənməsində köməklik göstərilməsi daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama