Modern.az

Almaniya Ukraynaya "Patriot" və 500 milyon avro VERƏCƏK

Almaniya Ukraynaya

Dünya

31 May 2024, 17:46

Almaniya Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemi və 500 milyon avro verəcək.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, proses ölkənin xarici işlər naziri Annalena Berbokun NATO liderlərinin görüşündə dediyi kimi baş tutacaq.

 

O deyib ki, Ukraynanın müttəfiqləri Kiyevi dəstəkləməkdə “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipinə əməl etməlidir.

 

“Beynəlxalq hüquq aydındır: hücuma məruz qalan dövlətlərin təkcə öz ərazilərini müdafiə etmək hüququ deyil, həm də öz vətəndaşlarını qorumaq vəzifəsi var, bizim Ukraynaya hərbi dəstəyimiz bu prinsiplərə uyğundur”, - nazir əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...