Modern.az

Eks-prezident Lukaşenkunu həbs etməyə çağırdı

Eks-prezident Lukaşenkunu həbs etməyə çağırdı

Dünya

1 İyun 2024, 08:28

“Çoxlarını maraqlandırır ki, Aleksandr Lukaşenko Ulan-Batora niyə gəlir? Biz hamımız bilirik ki, Lukaşenko Belarusda insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır”.

Modern.az xəbər verir ki, bunu Monqolustanın keçmiş prezidenti Tsaxiaqiyn Elbeqdorj sosial şəbəkələrdə yazıb.

“Monqolustan “Roma statutu”nu qəbul edib. Lukaşenkonu Ulan-Batorda həbs gözləyir. Hazır olun. Yaramaz diktator Kremlin layihəsini irəli aparmağa çalışır”, - deyə eks-prezident Lukaşenkonun həbsinə çağırıb.

O, hazırkı hakimiyyəti də tənqid edib: “Monqolustan Baş nazirinin partiyası ölkəni Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyə doğru sövq etməyə çalışdığı üçün öz qüdrətini qoruyub saxlamaq istəyir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu