Modern.az

Mişel Obamanın anası öldü

Mişel Obamanın anası öldü

Dünya

1 İyun 2024, 10:38

ABŞ-ın keçmiş birinci xanım Mişel Obamanın anası Marian Robinson vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə mərhumun ailəsi NBC-yə bildirib.

Robinsonun 86 yaşı var idi.

"O, bu səhər vəfat etdi və indi heç birimiz onsuz necə davam edəcəyimizi dəqiq bilmirik", - ailə üzvləri deyiblər.

Marian Robinsonu dünyaya kürəkəni Barak Obama 2008-ci il prezident seçkilərində qalib gəldikdən sonra tanıtdı.

Ömrü boyu Çikaqo sakini olan Marian Robinson 2009-cu ildə Ağ Evin iqamətgahında yaşamaq və o zaman yeddi və on yaşında olan nəvələrinə qulluq etmək üçün Vaşinqtona köçməyə razılaşmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu