Modern.az

Zelenski ABŞ-nin müdafiə naziri ilə GÖRÜŞDÜ

Zelenski ABŞ-nin müdafiə naziri ilə GÖRÜŞDÜ

Dünya

2 İyun 2024, 11:06

Ukrayna Prezidenti Vladimir Zelenski Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

 

“ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşdə əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub”, - deyə dövlət başçısı bildirib.

 

O, danışıqların təfərrüatlarını açıqlamayıb.

 

Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib. Mayın 30-da Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası əks batareya döyüşü zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə razılaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama