Modern.az

Avropada daşqınlar - cəsədlər tapıldı

Avropada daşqınlar - cəsədlər tapıldı

Dünya

2 İyun 2024, 23:37

İtaliyanın Friuli-Venesiya-Culiya regionunda aramsız leysanın səbəb olduğu daşqın nəticəsində itkin düşənlərin ikisinin cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, ötən gün Natisone çayının daşması nəticəsində itkin düşən ikisi oğlan, biri qız olmaqla üç yeniyetmənin axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edib.

 

Helikopterlər, mülki-müdafiə briqadalarının qayıqları və dalğıcların cəlb edildiyi əməliyyatlar nəticəsində itkin düşən iki oğlanın cəsədi aşkarlanıb.

 

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...