Modern.az

İsrail vətəndaşları bu ölkəyə gedə bilməyəcəklər

İsrail vətəndaşları bu ölkəyə gedə bilməyəcəklər

Dünya

2 İyun 2024, 23:53

Maldiv adalarının prezidenti Mohamed Muizzou İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Prezidentinin saytında məlumat yayılıb.

 

Qadağa ikili vətəndaşlığı olan şəxslərə də şamil edilir.

 

Maldiv prezidenti fələstinlilərin ehtiyaclarını qiymətləndirmək üçün xüsusi nümayəndə təyin etmək qərarına gəlib. Nümayəndə Fələstinə kömək üçün vəsait toplama kampaniyası təşkil edəcək. Kampaniya BMT-nin Yaxın Şərq Agentliyinin dəstəyi ilə təşkil olunacaq. Maldiv adalarının rəhbərliyi həmçinin “Maldivlilər Fələstinlə həmrəydir” şüarı altında ümummilli mitinq keçirməyi planlaşdırır.

 

İsrail Xarici İşlər Nazirliyi artıq israillilərə Maldiv adalarına getməməyi tövsiyə edib.

 

Maldiv adalarının dövlət dini İslamdır. Ölkə 1974-cü ildə İsraillə diplomatik münasibətləri dayandırıb. Maldiv adaları Fələstini dövlət kimi tanıyır. 1982-ci ildə respublika Fələstinlə diplomatik əlaqələr qurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...