Modern.az

Pandemiya zamanı yazılan cərimələr SİLİNƏCƏK

Pandemiya zamanı yazılan cərimələr SİLİNƏCƏK

Dünya

3 İyun 2024, 11:50

Gürcüstan hökuməti koronavirus pandemiyası zamanı iki minə yaxın vətəndaşa tətbiq edilən cərimələri siləcək.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

 

“Vətəndaşlarımız artıq bir neçə ildir ki cərimələrə məruz qalırlar. 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari ( 2 milyon dollar) təşkil edəcək”, - deyə Baş nazir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...