Modern.az

Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxardı

Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxardı

Dünya

3 İyun 2024, 13:04

Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin parlament palatalarının spikerləri ilə görüşündə deyib.

 

“Qazaxıstan müasir Əfqanıstanla ticari-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, talibləri terrorçu təşkilatlar siyahısından çıxarıb”, - o bildirib.

 

Onun sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...