Modern.az

Ərdoğan və Baydenin müşavirləri danışıqlar APARDI 

Ərdoğan və Baydenin müşavirləri danışıqlar APARDI 

Dünya

3 İyun 2024, 23:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Sullivan ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Telefon danışığı zamanı Türkiyə-ABŞ münasibətləri, Qəzzadakı müharibə, Ukraynadakı vəziyyət və digər regional məsələlər dəyərləndirilib.

 

Prioritet məsələlər sırasında terrorla mübarizə də olub.

 

Ağ Evin press-relizində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyini vurğuladığı və Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yaxşılaşdırılmasını alqışladığı diqqətə çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu