Modern.az

Malavinin vitse-prezidentinin təyyarəsi yoxa çıxdı

Malavinin vitse-prezidentinin təyyarəsi yoxa çıxdı

Dünya

10 İyun 2024, 21:39

Malavinin vitse-prezidenti Saulos Çilimanı daşıyan təyyarə Liloneqvedən havaya qalxdıqdan sonra radarlardan itib. 

.

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Təyyarədə daha doqquz nəfərin olduğu bildirilir.

 

Malavi Yayım Korporasiyasının məlumatına görə, təyyarə paytaxt hava limanından havaya qalxıb və ölkənin şimalındakı Mzuzu hava limanına enməli idi.

 

Dispetçerlər təyyarə ilə əlaqə yarada bilməyiblər. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi