Modern.az

Paşinyan Balasanyanın təkliflərini RƏDD EDİB

Paşinyan Balasanyanın təkliflərini RƏDD EDİB

11 İyun 2024, 09:40

“Mən Azərbaycanla 2022-ci ilin sonuna qədər danışıqlar apardım: mənim danışıqlarım zamanı onlar heç nə tələb etməyiblər”.

Modern.az xəbər verir ki, bunu Qarabağdan qovulmuş separatçıların qondarma “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan İrəvanın Baqramyan prospektində jurnalistlərə bildirib.


O qeyd edib ki, indi onların Azərbaycanla heç bir əlaqəsi yoxdur, əlaqəni Ermənistan hakimiyyətinin siyasi hakimiyyətinin başçısı saxlamalıdır.

V.Balasanyan Ermənistan hakimiyyətinə dəfələrlə müraciət ünvanlayaraq öz xidmətini təklif etdiyini söyləyib.


“Qoy Nikol Paşinyan inkar etsin ki, mən bir dəfə deyil, 11 dəfə müraciət etmişəm. Xidmət etməyə, mənə veriləcək tapşırılanı yerinə yetirməyə hazır olduğumu bildirmişəm”, – Vitali Balasyan deyib.

Balasanyanın sözlərinə görə, Ermənistanın baş naziri onun xidmətində maraqlı olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi