Modern.az

Gürcüstanda rusiyayönümlü iki siyasi qüvvə parlament seçkilərinə birgə qatılacaq

Gürcüstanda rusiyayönümlü iki siyasi qüvvə parlament seçkilərinə birgə qatılacaq

11 İyun 2024, 10:54

Gürcüstanda rusiyayönümlü ultra-mühafizəkar “Al-info” hərəkatı parlament seçkilərində daha bir rusiyayönümlü birliyin - Vətənpərvərlər Alyansının partiya siyahıları üzrə iştirak edəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Netgazeti" yazıb.

 

“Hüquqi baxımdan bu, parlament partiyasıdır, heç nə, hətta imza toplanmasına da ehtiyac yoxdur", - deyə “Al-info”nun liderlərindən biri olan Zurab Maxaradze bildirib.

 

Onun sözlərinə görə, “Al-info” ilə Vətənpərvərlər Alyansı arasında “fundamental və prinsipial razılaşma” artıq bağlanıb və hazırda təfərrüatlar üzərində iş aparılır.

 

“Qənaət ondan ibarətdir ki, böyük milli birlik (mühafizəkar qüvvələr) formalaşmalıdır”, - Maxaradze bildirib.

 

"Al-info"/Mühafizəkarlar Partiyası aprelin 8-də Gürcüstan Ədliyyə Nazirliyi onların qeydiyyatını ləğv etdikdən sonra seçkilərdə iştirak etmək yollarını axtarmağa başlayıb. Qərar Korrupsiyaya Qarşı Mübarizə Bürosunun sorğusu əsasında aparılan auditin nəticələrinə əsasən qəbul edilib. İctimai reyestrdə bir sıra qanun pozuntuları aşkar edilib - imzaların kifayət qədər olmaması, üzvlər haqqında məlumatların tam olmaması, partiya embleminin tərtibatında uyğunsuzluqlar və s.

 

“Vətənpərvərlər Alyansı” son parlament seçkilərində 3,14% səs toplayıb və parlamentdə 150 ​​yerdən 4-ü bu siyasi qüvvəyə aiddir. Bu il oktyabrda seçkilər 5% baryerlə keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi