Modern.az

Makron istefa verə bilər

Makron istefa verə bilər

11 İyun 2024, 11:08

Emmanuel Makron partiyasının Avropa Parlamenti seçkilərindəki uğursuzluğu fonunda Fransa prezidenti postundan istefa verə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Europe 1" Makrona yaxın mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, Fransa prezidenti və onun ətrafı bu variantı ciddi şəkildə müzakirə edir ki, öz partiyasının seçkilərdə şanslarını “dramatizasiya” yolu ilə artırsın və “cəsarətli qərar qəbul etdiyini göstərsin”.

 

“Prezidentin istefası tabu deyil, bu gün biz bütün ssenariləri təmin etməliyik”, - prezidentə yaxın adamlardan biri deyir.

 

İstefa versə, Makron ikinci müddəti olduğu üçün yenidən prezidentliyə namizəd ola bilməyəcək. Prezidentə yaxın mənbələrə görə, istefa “ən yaxşı seçim deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi