Modern.az

Gürcü əlyazması hərracda 1 milyon funta satılır

Gürcü əlyazması hərracda 1 milyon funta satılır

11 İyun 2024, 12:45

Gürcü əlyazması Londonda hərracda 1 milyon funta satılır.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, gürcü rahib Con Zosimanın köçürdüyü qədim əlyazma "Christieʼs" hərracına çıxarılıb.

 

Norveçli kolleksiyaçı Martin Şöyenin kolleksiyasından olan əlyazmada İncilin ən qədim mətnləri İsanın ləhcəsində yer alır. 

 

Əlyazma Sinaydakı 10-cu əsrə aid Müqəddəs Yekaterina monastırından günümüzə qədər gəlib çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi