Modern.az

Avrokomissiya Ukraynaya Rusiya aktivlərindən 1,5 milyard avro verəcək

Avrokomissiya Ukraynaya Rusiya aktivlərindən 1,5 milyard avro verəcək

11 İyun 2024, 14:35

Avropa Komissiyası Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avro gəlir verəcək.

 

Modern.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

 

Onun sözlərinə görə, 10%-i yenidənqurma və bərpa işlərinə sərf olunacaq, vəsaitin böyük hissəsi isə Ukraynanın müdafiəsinə yönəldiləcək. Bundan əlavə, ölkə “Ukraine Facility” proqramı çərçivəsində 1,9 milyard avro maliyyə dəstəyi alacaq.

 

AK rəhbəri əlavə edib ki, gələn həftə G7 sammitində liderlər Ukraynanın Rusiyanın dondurulmuş aktivlərindən daha tez necə faydalana biləcəyini müzakirə edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi