Modern.az

Əfqanıstanda qadınlar üçün bazar açıldı

Əfqanıstanda qadınlar üçün bazar açıldı

11 İyun 2024, 14:39

Əfqanıstanın mərkəzi Bamiyan əyalətində qadınların bizneslərini idarə etmələri üçün ticarət bazarı açılıb.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, Bamiyan şəhərinin Ailə Parkı bölgəsində açılan bazar qadınların 18 mağazada məhsullarını satmasına şərait yaradıb.

 

Yerli media bildirib ki, bazarda qadınlar öz məhsullarını, o cümlədən əl işlərini, miniatür sənəti, xalçalar və digər sənətkarlıq nümunələrini sərgiləyə bilərlər.

 

Qeyd edək ki, Əfqanıstanın bir sıra əyalətlərində, o cümlədən Herat, Bəlx, Bədəxşan və paytaxt Kabildə qadınlar üçün ticarət bazarları açılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi