Modern.az

Paşinyan ABŞ rəsmisi ilə Azərbaycanla sülh müqaviləsindən DANIŞIB

Paşinyan ABŞ rəsmisi ilə Azərbaycanla sülh müqaviləsindən DANIŞIB

Dünya

11 İyun 2024, 17:44

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obraynla görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, baş nazir Ermənistan-ABŞ Strateji Dialoqunun yekun iclasının İrəvanda keçirilməsinin vacibliyini vurğulayıb.

 

O, iclasın çoxsahəli əməkdaşlığın gələcək inkişafına və möhkəmlənməsinə yeni təkan verəcəyinə əminliyini bildirib. Nikol Paşinyan mayın 5-də Brüsseldə keçirilən Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşü zamanı əldə olunmuş razılaşmaların səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.

 

ABŞ rəsmisi görüşün səmərəli keçdiyini məmnunluqla vurğulayaraq əlavə edib ki, ABŞ administrasiyası müxtəlif istiqamətlərdə islahatların təşviqi üçün Ermənistan hökumətinə bundan sonra da yardım edəcək.

 

Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyası prosesi ətrafında müzakirələr aparıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?