Modern.az

Küçədən it sahiblənənlərə PUL ÖDƏNİLƏCƏK

Küçədən it sahiblənənlərə PUL ÖDƏNİLƏCƏK

Dünya

13 İyun 2024, 12:06

Kosovanın paytaxtı Priştinada küçədə yaşayan itləri sahiblənənlərə ayda 50 avro ödəniləcək.

 

Modern.az "France 24"ə istinadən xəbər verir ki, 50 avro Kosovada minimum əmək haqqının 1/3 hissəsi deməkdir.

 

Kosovanın paytaxtı Priştinada ən azı 4 min sahibsiz itin olduğu düşünülür. Kosovalılar sahibsiz itlərin aqressiv davranışının onlar üçün təhlükəsizlik problemi olduğunu bildirir. Lakin bu yaxınlarda sosial şəbəkələrdə paylaşılan bir bala itə işgəncə edildiyini əks etdirən video heyvansevərlərin reaksiyasına səbəb olub.

 

Priştinanın meri Perparim Rama sahibsiz itlər probleminin həlli üçün yeni kampaniyaya başlayıb. Kampaniyanın adı “Hər itə ev”dir. Kampaniyada iştirak edən və sahibsiz it götürən hər kəsə 50 avro ödəniləcək.

 

Bələdiyyədən baxım pulu alan ilk şəxslərdən biri Sami Haxhajdır. Sami 10 it sahiblənib və daha çoxunu götürmək istəyir. Bələdiyyə Samini camaata nümunə göstərir.

 

Amma Sami kimi bələdiyyənin başlatdığı bu kampaniyadan heç də hamı razı deyil. Məsələn, bəzi insanlar pulun boş yerə xərcləndiyi və israf edildiyi qənaətindədirlər.

 

Vətəndaşlara it sahibləndiyi üçün 50 avro verməkdənsə, kampaniyaya ayrılan büdcənin sahibsiz heyvanların sterilizasiyasına xərclənməsini düşünənlər də var.

 

Mer bu fikirdədir ki, kampaniyaya ayrılan illik 2 milyon avroluq büdcə sahibsiz heyvanların problemini həll edəcək.

Bu xəbər ilə bağlı
CHP-nin pişiyi sağalıb, qərargaha geri dönüb - PAYLAŞIM
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var