Modern.az

“Hizbullah”ın İsrail üçün təhlükəli 1 milyon raketi var

“Hizbullah”ın İsrail üçün təhlükəli 1 milyon raketi var

Dünya

13 İyun 2024, 13:12

Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatının sərəncamında İsrail üçün strateji təhlükə yarada biləcək 1 milyondan çox müxtəlif raketlər var.

 

Modern.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.

 

Məlumata görə, “Hizbullah” hərəkatı həmin silahları son on il ərzində toplayıb. Onların arasında yüksək dəqiqliyə malik idarə olunan raketlər və kamikadze PUA-ları var.

 

Qeyd edək ki, iyunun 11-də İsrail ordusu hava zərbəsi ilə şiələrin “Nəsr” qruplaşmasının komandiri Talib Sami Abdullahı öldürüb. “Hizbullah” hərəkatının icraiyyə komitəsinin rəhbəri Haşim Səfiəddin dəfn mərasimində yəhudi dövlətindən qisas alacaqları barədə xəbərdarlıq edib. İyunun 5-də isə İsrailin Baş naziri Binyamin Netanyahu Livanla sərhədə yaxın ərazilərə səfəri zamanı “Hizbullah” hərəkatına qarşı qətiyyətli addımlar atmağa hazır olduqlarını açıqlayıb. Buna baxmayaraq, analitiklər Livan və İsrail arasında qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalının az olduğu fikrindədirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var