Modern.az

Türkiyənin BRİKS-ə üzvlüyü NATO-dan çıxmasına səbəb olacaq  

Türkiyənin BRİKS-ə üzvlüyü NATO-dan çıxmasına səbəb olacaq  

13 İyun 2024, 13:36

Rusiyalı filosof və politoloq Aleksandr Duqin Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankaranın BRİKS-ə qoşulmaq istəməsi ilə bağlı açıqlamasına toxunub.

Qeyd edək ki, BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının adlarının abbreviaturasıdır. Adıçəkilən ölkələr həmin təşkilatın üzvüdür və hər il sammit keçirirlər.

Modern.az xəbər verir ki, Duqinin fikrincə, Hakan Fidanın açıqlaması Ankara üçün “tarixi və əslində dönüş nöqtəsidir”.

“Türkiyə bu oriyentasiya ilə müstəqilliyini möhkəmləndirəcək. Türkiyə bütün çətinliklərə baxmayaraq, müxtəlif qütblər arasında tarazlığı qorumağı bacardı. Ancaq eyni adam eyni anda iki stulda otura bilməz. Türkiyənin tarazlıq siyasəti belə davam edə bilməz. Türkiyə seçkilərin kəsişməsinə yaxınlaşır”, - deyə o bildirib.
 

Duqinin sözlərinə görə, Türkiyə BRİKS-ə üzv olarsa, bu vəziyyət son nəticədə Türkiyənin NATO-dan çıxmasına gətirib çıxaracaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var