Modern.az

BRICS Oyunlarının açılışında Gürcüstan bayrağı nə gəzir? 

BRICS Oyunlarının açılışında Gürcüstan bayrağı nə gəzir? 

Dünya

13 İyun 2024, 14:54

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən BRICS Oyunlarının açılışında Gürcüstan bayrağı da peyda olub.

 

Modern.az xəbər verir ki, bu barədə "News Georgia" məlumat yayıb.

 

Müsabiqənin saytında Gürcüstan iştirakçı ölkələr sırasında yer alıb. Ayrı-ayrılıqda Rusiyanın müstəqil dövlət kimi tanıdığı iki işğal olunmuş separatçı region - Abxaziya və Cənubi Osetiya da iştirakçılar arasında var və açılışda bayraqları dalğalandırılıb.

 

Təşkilatçıların sözlərinə görə, Gürcüstan Oyunlarda bir idman növü - sambo üzrə iki idmançı ilə təmsil olunur: Nino Odzelaşvili və Yelena Kebadze.

 

Lakin bu məlumatı Gürcüstan Sambo Federasiyası qəti şəkildə təkzib edib.

 

“Hər iki idmançı Gürcüstandadır və heç yerə səfər etməyib. Heç bir normal gürcü bunu etməzdi, xüsusən də bizim idmançılar”, - Gürcüstan Sambo Federasiyası jurnalistlərə bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var