Modern.az

Kanada Ukraynaya 2 mindən çox CRV7 raketi verəcək

Kanada Ukraynaya 2 mindən çox CRV7 raketi verəcək

13 İyun 2024, 15:22

Kanada Ukraynaya 2 mindən çox CRV7 raketi və digər silahlar göndərəcək.

 

Modern.az xəbər verir ki, "Reuters" ölkənin milli müdafiə naziri Bill Klerə istinadən bu barədə məlumat yayıb.

 

Bundan əlavə, ölkə Ukraynaya Almaniya istehsalı olan 29 uzaqdan idarə olunan silah stansiyası və 130 min atıcı silah göndərəcək.

 

CRV7  raketləri 2000-ci illərin əvvəllərində ölkə tərəfindən istismardan çıxarılıb və hökumət əvvəllər onların mərhələli şəkildə utilizasiyası üçün müqavilə imzalayıb. Bu raketlərin 83 mindən çoxu Müdafiə Nazirliyinin anbarlarında qalır, bəziləri isə artıq döyüş başlıqsızdır.

 

Bu silah növü həm yerüstü atıcılar, həm də hücum helikopterləri üçün uyğundur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var