Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 525 minə çatır

Rusiyanın Ukraynadakı itkiləri 525 minə çatır

Dünya

14 İyun 2024, 09:42

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1250 hərbçisini itirib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 524 060 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 26 zirehli döyüş maşını, 48 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır