Modern.az

Ermənistanda müxalif deputat KTMT ilə bağlı siyasəti tənqid edib

Ermənistanda müxalif deputat KTMT ilə bağlı siyasəti tənqid edib

Dünya

14 İyun 2024, 14:24

"Ermənistan KTMT ilə əlaqələri kəsir, başqa heç bir təhlükəsizlik zəmanəti yoxdur".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu müxalifətçi deputat "Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicanyan jurnalistlərə bildirib.

 

"Təşkilatın təhlükəsizlik sistemində problemlər var, lakin onların əhəmiyyətli hissəsi İrəvanın yanlış addımları ilə bağlıdır. Məsələn, KTMT-nin baş katibinin saxlanılması qərarı ilə bağlı. Əgər hansısa NATO ölkəsi Stoltenberqi saxlamağa cəhd etsəydi, o zaman nə baş verərdi?”, - deputat sual verib.

 

"Problemləri həll etmək lazımdır, əlaqələri qırmaq yox. Əgər burada hesablama başqa hərbi-siyasi struktur üzrə aparılırsa, o zaman yadda saxlamaq lazımdır ki, NATO-nun Ermənistana ən yaxın bazası Türkiyədədir", - rusiyayönümlü siyasi qüvvənin təmsilçisi belə deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu