Modern.az

Keçmiş partiya sədri olan deputat həbs olundu

Keçmiş partiya sədri olan deputat həbs olundu

14 İyun 2024, 16:12

Tacikistanda Demokratlar Partiyasının keçmiş sədri, parlamentin deputatı Səidcəfər Osmanzadə həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Xovar” dövlət agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Tacikistan Baş Prokurorluğunun tələbi ilə həbs olunub.

 

O, Tacikistanda dövlət hakimiyyətini ələ keçirmək üçün müxalifət liderləri ilə əvvəlcədən sövdələşmə, həmçinin Tacikistanda qadağan olunmuş Tacikistan Milli Alyansının liderləri ilə əməkdaşlıqda ittiham olunur.

 

İstintaqın məlumatına görə, 2021-ci ilin sentyabrında siyasətçi Tacikistan Milli Alyansının rəhbərinin müavini Şarofiddin Qadoyevlə telefon danışığı aparıb və “dövlət hakimiyyətinin qəsb edilməsi ilə bağlı ilkin tövsiyələr verib”.

 

İddialara görə, Qadoyev İslam İntibah Partiyasının ekstremist təşkilatının rəhbəri Muxiddin Kəbirinin ona maliyyə yardımı göstərəcəyini və “Camaat Ənsarullah” terror təşkilatının üç mindən çox döyüşçünün xaricdən köçürülməsini təmin edəcəyini vəd edib.

 

Deputatlar baş prokurorun keçmiş partiya sədrinin deputat toxunulmazlığından azad edilməsi ilə bağlı tələblərini təmin ediblər və onu deputat toxunulmazlığından məhrum ediblər.

 

Mayın ortalarında Demokratlar Partiyasının növbədənkənar qurultayında siyasətçi “qeyri-qənaətbəxş fəaliyyətinə” görə partiyanın sədri vəzifəsindən kənarlaşdırılıb. Onun yerini partiyanın Düşənbə şöbəsinə rəhbərlik edən 34 yaşlı Şahboz Abror tutub. Səsvermə zamanı o, 64 tərəfdarın dəstəyini qazanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var