Modern.az

Ermənistandan Moldovaya uçan təyyarə Rumıniyada məcburi eniş edib - BOMBA...

Ermənistandan Moldovaya uçan təyyarə Rumıniyada məcburi eniş edib - BOMBA...

14 İyun 2024, 17:45

Ermənistanın paytaxtı İrəvandan Moldovanın paytaxtı Kişinyova uçan təyyarə məcburi eniş edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məcburi eniş Rumıniyanın paytaxtı Buxarestə edilib.

 

Bildirilib ki, buna səbəb bomba olması ilə bağlı məlumatdır. Rumıniyada təyyarənin və sərnişinlərin baqajının yoxlanılması prosesi davam edir.

 

Məhz bu səbəbdən təyyarə bir neçə saatdır Buxarestdən çıxa bilmir. Moldovanın mülki aviasiya idarəsi hələlik vəziyyəti şərh etməyib, hər şeyin aydınlaşdırılacağını qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var