Modern.az

Türkiyədə təyyarə qəzası

Türkiyədə təyyarə qəzası

15 İyun 2024, 00:47

Türkiyənin cənub-qərbindəki Aydın vilayətinin Didim bölgəsində meşə yanğınları ilə mübarizə aparmaq üçün istifadə edilən C-215 amfibiya təyyarəsi Bafa gölü ərazisində qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında yazıb.

 

Nazir qeyd edib ki, qəza anında təyyarədə olan hər üç mütəxəssis xilas olunub.

 

Qəzanın səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq