Modern.az

Türkiyə ordusu İraqda və Suriyada 17 terrorçunu məhv edib

Türkiyə ordusu İraqda və Suriyada 17 terrorçunu məhv edib

Dünya

15 İyun 2024, 13:27

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib.

 

Modern.az bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin iyunun 15-də yaydığı məlumata istinadla xəbər verir.

 

Məlumatda qeyd olunub ki, Hakurk rayonunda, həmçinin İraqda davam edən “Pence Kilit” antiterror əməliyyatı zamanı 8 terrorçu zərərsizləşdirilib.

 

Qalan 9 terrorçu isə Suriyanın şimalında – “Fırat kalkanı” antiterror əməliyyatı çərçivəsində məhv edilib.

 

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, regionda terrorçularla mübarizə qətiyyətlə davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı